30-12-2008

Metronun “İçərişəhər” stansiyası damır

Metronun “İçərişəhər” stansiyası damır Paylaş

Günün sonuna qədər problem aradan qaldırılacaq

Dekabrın 29-da açılışı olmuş “İçərişəhər” metrostansiyasına su damır. Verilən xəərə görə, metrostansiyanın şüşə dam örtüyünün üzərinə yağan qar əriyib içəriyə tökülür. Suyun damması sərnişinlərin eskalatora mindiyi ərazidə (turniketlə eskalatorun arasında) müşahidə olunur. Şüşə dam örtüyünün aşağı tərəfindən selofan çadır çəkilməsinə baxmayaraq, bu, su damcılarının metrostansiyanın içərisinə daxil olmasını əngəlləmir.

Bakı Metropolitenindən verilən açıqlamada vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: “Biz “İçərişəhər” stansiyasının örtüyü üçün iki variant fikirləşmişdik. Bu variantlardan birini quraşdırdıq, lakin həmin variant uğursuz olduğuna görə, hazırda profillər quraşdırılır. Günün sonuna qədər problem aradan qaldırılacaq”. //APA




Oxunub: 309 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax