31-12-2008
Paylaş
AZƏRBAYCANLI MİLYARDERİN TÜRK SEVGİLİSİNDƏN TƏZƏ XƏBƏR
Lənkəranın “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun yaxın münasibətdə olduğu keçmiş maneken Dəniz Akkaya məhkəmə çəkişməsində qalib gəlib. apasport.az saytının məlumatına görə, 31 yaşlı model artıq fəaliyyətini dayandırmış İTO təşkilatının rəhbəri Mehmet Yıldırımı məhkəməyə vermişdi. Akkayanın ittihamları öncə rədd edilsə də sonradan daha yüksək instansiya məhkəməsi tərəfindən onun xeyrinə qərar çıxarılıb.
Məsələ burasındadır ki, Dəniz 2002-ci ildə bir biznesmenin bir həftəlik eşq macərası müqabilində ona 300 min dollar təklif etdiyini bildirib. M.Yıldırım isə manekenin sözlərinə reaksiya verərək “O qız dəyərini artırmaq üçün səhv taktika seçir. Biznesmen iqtisadiyyatı da bilir, bazar qiymətlərini də, heç kimə dəyərindən artıq pul verməz” söyləmişdi.
Akkaya bu sözlərlə şərəf və ləyaqətinin alçaldığını əsas gətirərək 100 min türk lirəsi mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət etmişdi. Yalnız ikinci cəhddə qalib gələn gözəlçə keçmiş prezidentdən istədiyi məbləği qoparmağa nail olub.
Məlumat üçün bildirək ki, bir müddət öncə Türkiyə mətbuatında Mübariz Mənsimovun Dəniz Akkaya ilə yaxın münasibətlərdə olması barədə xəbərlər yayılmışdı. Hətta manekenin keçmiş sevgilisi, iş adamı Veysəl Kadayıfçıoğlu bu münasibətlərdən xəbər tutaraq Mənsimovu ölümlə hədələmişdi. Daha sonra “Palmali” prezidentinin polisə müraciəti əsasında Kadayıfçıoğlu və onun əlaltıları həbs olunmuşdu. Xatırladaq ki, Akkaya aktrisa kimi də tanınır. O, 1997-ci ildə 20 yaşında ikən “Best Model of the World” müsabiqəsində ən yaxşı maneken seçilmişdi.
EBRU GÜNDƏŞ AZƏRBAYCANLI İŞ ADAMI İLƏ SEVİŞİR
Türkiyənin məşhur müğənnilərindən olan Ebru Gündəş sevgilisi Osmantan Erkırdan ayrılıb. Türkiyənin nüfüzlu “Hürriyet” qəzeti xəbər verir ki, 1 il 6 aydır bərabər olan sevgililər ayrıldıqları barədə məlumat yayıblar.
“Təqribən 1 il 6 ay birlikdə olduq, bir-birimizə olan sevgi və sayğımıza baxmayaraq münasibətlərimizə son vermək qərarına gəldik”,- deyə məlumatda qeyd olunub.
Müğənni ilə O.Erkırın ayrılmasına azərbaycanlı biznesmen və şairin səbəb olduğu bildirilir. Belə ki, Ebru Gündəşin sonuncu kaseti olan “Evet”dəki “Sadəcə sevdim” mahnısının sözləri və musiqisi azərbaycanlı iş adamı Rza Zərraba məxsusdur. İddialara görə, bu işbirliyindən sonra müğənni ilə iş adamının arasında sevgi münasibətləri yaranıb. İbrahim Tatlısəs və Sibel Can kimi tanınmış müğənnilərə də mahnı yazan Rza Zərrab “Royal dənizçilik” şirkətlər qrupunun sahibidir. // Yeni Müsavat