30-06-2009

Tarif Şurasından şok qərar!

Tarif Şurasından şok qərar! Paylaş

Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı

İnternetin qiymətləri isə 44-60 faiz endirildi

QayNar: İyun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Qaynar.info-nun Tarif Şurasının katibliyinə istinadən verdiyi xəbərə görə, iclasda bir sıra məsələlərə baxılaraq, qərarlar qəbul edilib.
Belə qərarlardan biri də Azərbaycanda təbii qazın qiymətinin qaldırılmasına dair qəbul olunub. Belə ki, iclasda «Azəriqaz» QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub və təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq, hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib.

Şuranın digər qərarı ilə isə ölkədə internetin qiymətləri aşağı salınıb.
Son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət internet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 faiz arasında aşağı salınıb.

Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edirdi.

Tarif Şurası bir çox başqa qərarlar da qəbul edib. // T.İsmayılov, QayNar




Oxunub: 638 dəfə.     Şərhlər: 2
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax