01-07-2009

Azərbaycan əhalisinin gəlirləri ÜDM-nin 75,5 %-nə çatıb

Azərbaycan əhalisinin gəlirləri ÜDM-nin 75,5 %-nə çatıb Paylaş

Bi ilin ilk 5 ayında Azərbaycan əhalisinin pul gəlirləri 8 mlrd 584 mln manat olub

2009-cu ilin ilk 5 ayında Azərbaycan əhalisinin pul gəlirləri 8 mlrd 584 mln manat olub. Bu, ötən ilin analoji dövründəkindən 18,5% çoxdur.

Maraqlıdır ki, əhalinin gəlirlərinin artım sürətində azalma var. Məsələn, birinci rübdə bu göstərici 21,0%, 4 ayda isə 20,3% olub. Bununla yanaşı, hesabat dövründə istehsal edilən ÜDM-də əhalinin gəlirlərinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25% artaraq 75,7%-ə çatıb. Bununla yanaşı, əsas kapital yığımına yönəldilən ÜDM payı azalır. Belə ki, 5 ayda ÜDM strukturunda əsas kapitalın ümumdaxili yığımı ötən illə müqayisədə iki dəfə azalıb.

Adambaşına hesabda 5 ayda gəlir həcmi 995 manat təşkil edib. Bu, 2008-ci ilin yanvar-mayındakından 17,1% (birinci rübdə 19,6%, 4 ayda 18,9%) çoxdur, deyə Dövlət Statistika Komitəsi məlumat verir.

Cari ildə gəlirlərin 67,2%-i istehlak ehtiyacına yönəldilib. Vergi, sosial sığorta üzrə ödənişlər və üzvlük haqlarına 10,5%, əmanət və kapital artımına isə 22,3% yönəldilib.// Turan




Oxunub: 229 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax