01-07-2009

İki futbolçumuz Türkiyə klubu ilə anlaşdı

İki futbolçumuz Türkiyə klubu ilə anlaşdı Paylaş

"Karvan"ın qapıçısı Vitali Kovalyov Türkiyənin Bank Asiya liqasında çıxış edən "Bucaspor"la müqavilə bağlayıb. Bu barədə Fanat.az-a məlumat verən futbolçu bildirib ki, qardaş ölkə klulub ilə bir illik müqaviləyə imza atıb: "İndi Türkiyədəyəm. Artıq bir illik müqavilə imzalamışam. Bu gun müqavilə tam rəsmiləşəcək. Sözləşmənin şərtləri məni tam qane edir. Buna görə də Türkiyədə oynamağa razılıq verdim".

Kovalyov bildirib ki, keçmiş komandası "Karvan"ın ona hələ də borcu var: "Yevlax klubunun mənə 5 aylıq maaş borcu var. Yəni 30 min manatımı ala bilmirəm. Onlarla müqaviləm başa çatmışdı".
Qeyd edək ki, "Bucaspor" Kovalyovdan əvvəl Fərhad Vəliyevlə müqavilə bağlamaq istəyirdi. İzmir klubu hətta Vəliyevi müqavilə bağlamağa dəvət etmişdi. Lakin qolkiper "Qarabağ"da qalmağa üstünlük verdi. İzmirlilər bundan başqa ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Kocaelispor"da keçirən Ramal Hüseynovu da heyətinə qatmaq istəyirdi.

Nəzərinizə çatdıraq ki, "Bucaspor" 1928-ci ildə yaradılıb. Komanda bundan 56 ildən sonra - 1984-cü ildə peşəkar kluba çevirilib. İzmir təmsilçisi 1990-cı ildə Türkiyə çempionatının 2-ci liqasına vəsiqə qazanıb. 1994 və 1996-cı illərdə komandanın Superliqaya vəsiqə qazanmaq şansı olsa da, pley-off-da yeniilib. İzmirlilər bu mövsüm 2-ci liqadan Bank Asiya 1-ci liqasına vəsiqə qazanıb. Klubun hədəfi bu mövsüm Superliqaya bilet sifariş etməkdir. Komandanın baş məşqçisi Kamal Kılıcdır.

Bir az öncə "Bucaspor"un fan-klubu rəsmi saytı vasitəsilə daha bir futbolçumuzun İzmir klubu ilə anlaşdığı barədə xəbər yayıb. Fanat.az xəbər verir ki, Fərrux İsmayılov da karyerasını "Bucaspor"da davam etdirəcək.

"Bucaspor" azərbaycanlı iki milli oyunçunu transfer etdi. "Kavran"ın keçmiş qapıçısı, 31 yaşlı rus əsilli azəri Vitali Kavalyov və yenə eyni ölkədən olan 29 yaşlı forvard Fərrux İsmayılovla müqavilə imzalandı. İsmayılov Azərbaycan millisində 10 qola imza atıb", deyə fan-klubdan verilən məlumatda bilidirilib.

Xəbəri "Yeni Əsr" qəzeti də təsdiq edib. Lakin qəzet İsmayılovla hələ danışıqların getdiyini yazıb: "Bucaspor" "Karvan"ın rus əsilli qapıçısı Vitali Kovalyov və "Qəbələ"nin forvardı Fərrux İsmayılovla prinsipial anlaşma əldə etdi".




Oxunub: 250 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax