01-07-2009

BMT Benazir Bhuttonun qətlini araşdırır

BMT Benazir Bhuttonun qətlini araşdırır Paylaş

QayNar: BMT Pakistanın sabiq baş naziri Benazir Bhuttonun 2007-ci ildə qətlə yetirilməsini araşdırmağa başlayıb. Bu barədə Qaynar.info "BBC"-yə istinadən xəbər verir.
BMT-nin təhqiqat işi Pakistanda "Taliban"a qarşı böyük hərbi əməliyyatlara təsadüf edir.
Hökumət xanım Bhuttonun sui-qəsdində məhz "Taliban"ı günahlandırmışdı.
Buna baxmayaraq, hakim dairələr beynəlxalq konspirasiyanın olduğunu iddia edirlər və onlar istəyirlər ki, BMT təhqiqatı bu işi araşdırsın.
Xatırladaq ki, xanım Bhutto seçkiqabağı yürüşlərdən biri zamanı öldürülmüşdü.
Qətl dünya boyunca şoka və Pakistan daxilində siyasi qarışıqlığa səbəb olmuşdu. // T.İsmayılov, QayNar




Oxunub: 178 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax