Georgi Hacının köməkçisi "Neftçi"də!
Paylaş
Flaqman italiyalı məşqçi ilə üç illik müqavilə bağladı
"Neftçi" daha bir məşqçi ilə müqavilə bağlayıb. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, Covanni Melçiorre paytaxt klubunda 3 il fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, italyan mütəxəssis 2003-cü ildə Türkiyənin "Bursaspor", 2004-2005-ci illərdə "Qalatasaray" klublarında, 2007-ci ildə isə Rumıniya "Styaua" komandasında çalışıb. Melçiorre bu klublarda baş məşqçi Georgi Hacının köməkçilərindən olub.
Bu arada "Neftçi" yeni mövsümün hazırlıqlarına başlayıb. Dünən və srağagün tibbi müayinədən keçən flaqmanın futbolçuları bu gündən məşqlərə başlayıblar. Komanda üzvləri səhər saatlarında klubun bazasındakı meydançada hazırlıq keçiblər. "Neftçi"nin növbəti məşqi sabah səhər 10.00-da klubun bazasındakı meydançada baş tutacaq. Futbolçular sabah, həmçinin, fiziki testdən keçəcəklər.
Oxunub: 236 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax