01-07-2009

“Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyinə verildi

“Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyinə verildi Paylaş

Neft və qaz sahəsi indi bir əldə!

QayNar: “Azəriqaz” Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin tabeliyinə verilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev iyulun 1-də "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamda Dövlət Neft Şirkətinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə tapşırılır ki, “Azəriqaz” Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini və dövlət qeydiyyatına alınmasını təmin etsinlər.
Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində bu sərəncama uyğun olaraq Dövlət Neft Şirkətinin nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etsin.// T.İsmayılov, QayNar




Oxunub: 438 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax