
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
02-07-2009
Paylaş
“Ayrılık ” serialında Azərbaycanın Dövlət Bayrağı masaya tərsinə qəyuldu
QayNar: Bir müddətdir Türkiyənin TRT1 kanalında yayımlanmağa başlayan “Ayrılık ” serialının keçən həftəki bölümündə Azərbaycana qarşı, daha dəqiq desək, Azərbaycan bayrağına qarşı böyük hörmətsizlik edilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, serialın 11-ci bölümündə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin nümayəndə heyətinin iştirak etdiyi bir iclasda Azərbaycanın Dövlət Bayrağı tərs şəkildə masanın üzərinə qoyulub. Serialda dəfələrlə bu kadrın göstərilməsi bunun qəsdən və ya texniki səhv ücbatından baş verdiyi ilə bağlı suallar yaradır.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanda çəkilişləri aparılan serial əvvəllər də Azərbaycan ictimaiyyəti tərəfindən məlum səbəblərdən narazılığa səbəb olmuşdu. // Ceyhun Əyyubzadə, QayNar