Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ATƏT-in sədri ilə görüşüb
Paylaş
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi Azərbaycanda səfərdə olan ATƏT-in hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə görüşüb.
"Görüşdə icmanın rəhbəri Bayram Səfərov ATƏT sədrinə icmanın yaranması səbəbləri və məqsədləri haqda məlumat verib", - cdeyə Dağlıq Qarabağ bğlgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının rəhbəri Mehdi Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, Bakoyanni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin azərbaycanlı icmasının rəhbərliyi ilə görüşmək arzusunda olduqlarını qeyd edib.
"ATƏT sədri dedi ki, danışıqlar prosesi ilə bağlı iradlarınızı həmsədrlərlə görüşlərdə onların nəzərinə çatdırmaq daha yaxşı variantdır", - şura rəhbəri əlavə edib.
Abdullayev deyib ki, görüşdə Bakoyanni icma üzvlərinə münaqişənin həlli üçün ATƏT-in rəhbəri kimi bütün səylərini tam səfərbər edəcəyini bildirib. "ATƏT sədri yaxın müddətdə problemin nizamlanması üçün özünün də çalışacağına vəd verdi", - şura rəsmisi vurğulayıb. // Trend
Oxunub: 279 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax