02-07-2009

100-dən çox sahibkar həbs edildi

100-dən çox sahibkar həbs edildi Paylaş

Onlar ölkəyə videokameralı qələm gətirdiklərinə görə tutulub

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMI) əməkdaşları yüzdən çox sahibkarı həbs edib. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə “Azadlıq” qəzetinin bugünki sayında məlumat verilir.
Məlumata görə, buna səbəb həmin sahibkarların Türkiyə və Rusiyadan ölkəyə videokameralı qələm gətirmələri olub.
Həmin qələmlərin qiyməti Türkiyədə 75, Rusiyada isə 80-90 dollar civarındadır. Bu qələmlər hər iki ölkədə açıq satışdadır. Buna baxmayaraq BMCQM-nin əməkdaşları hesab edib ki, bu qələmlərin ölkəyə idxalı cinayətdir. Həbs olunan sahibkarlar barədə Cinayət Məcəlləsinin 233-1-ci maddəsilə (Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) cinayət işi başlanıb.
Halbuki bu əşyanın ölkəyə gətirilməsində və satılmasında heç bir problem yoxdur. Çünki məhz bu tip qələmlərin mülki dövriyyədən çıxarıldığını təsdiq edən rəsmi sənəd yoxdur.

 




Oxunub: 545 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax