02-07-2009

Astroloji proqnoz: 02 iyun

Paylaş


QOÇ - Təxminən saat 15-ə qədər mübahisəli situasiyalara cəlb olunma ehtimalınız var. Özünüzü ələ almağı bacarsanız, sonrakı saatlarda şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq.

BUĞA - Yaxşı olar ki, günün əsas hissəsini ailə-sevgi məsələlərinə həsr edəsiniz. Başqalarını özünüzdən incik salmayın. Mənasız məsələlərə görə risk etməyə lüzum yoxdur.

ƏKİZLƏR - Qarşınızda olduqca məhsuldar bir gün durur. Qərarlarınızda qəti olun. Aldığınız təkliflər müsbət nəticələr verəcək. Axşam uzaq olmayan ünvanlara qonaq gedə bilərsiniz.

XƏRÇƏNG - Hiss olunur ki, maddi durumunuz ürəkaçan deyil. Bu səbəbdən də ümumi ovqatınız aşağı səviyyədədir. Lakin ulduzlar axşama doğru kisənizdə dəyişiklik olacağına eyham edir.

ŞİR - Ətafınızda baş verən hadisələrin ürəyinizcə getməməsi ümumi ovqatınızı aşağı salmaqdadır. Lakin ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, bir qədər səbr edib, yeni perspektivə hazırlaşmaq lazımdır.

QIZ - Ayın ilk ən düşərli gününü yaşayacaqsınız. Hər mənada uğurlu məqamlarla üzləşəcəksiniz. Yeni təkliflər, xoş xəbərlər, maddi irəliləyiş - bir sözlə, ətrafda hər şey gözəl olacaq.

TƏRƏZİ - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Çox güman ki, bir neçə sevindirici hadisənin şahidinə çevriləcəksiniz. Nahar ərəfəsində isə müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.

ƏQRƏB - Əvvəlki bürclərlə müqayisədə bu gün yalnız sizin bürcünüz başıdinc yaşayacaq. Əsas enerjinizi məhəbbətə həsr edin ki, bu proses uzun sürsün. Sövdələşmələrdə təşəbbüskarlığı əldən verməyin.

OXATAN - Bir qədər gərgin ərəfədir. Lazımsız məqamlarda, günahsız adamlarla mübahisələrə girişməyin. Əks təqdirdə, özünüzə qarşı rəğbəti itirə, həmçinin sevgidə təklənə bilərsiniz.

OĞLAQ - Göy qübbəsi maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Belə ki, nahar ərəfəsində varlanma ehtimalınız var. Lakin boş məsrəflərə xərc çəkməkdən yayınmalı, “yamangünlük” saxlamalısınız.

SUTÖKƏN - Həddindən ziyadə yorğun və gərgin gündür. Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəyinizə inamsızsınız. Amma bədbinləşməyə dəyməz. Çünki gözəl günlər yaxınlaşmaqdadır.

BALIQLAR - Şəxsi işlərinizdə müsbət dönüş baş qaldırmaqdadır. Özünüzü tənzimləməyə çalışın. Müvəffəqiyyət başınızı gicəlləndirməməlidir. Doğmalarınıza qarşı laqeyd olmayın.

Səbuhi Rəhimli // Yeni Müsavat




Oxunub: 211 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax