02-07-2009

Ermənilərə narkotik daşıyan azərbaycanlılar məhkəmə qarşısında

Ermənilərə narkotik daşıyan azərbaycanlılar məhkəmə qarşısında Paylaş

Onlar İrandan gətirdikləri xeyli miqdarda narkotik vasitəni Dərbənddə Ermənistan vətəndaşlarına təhvil verirmişlər

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İradə Həsənzadənin sədrliyi ilə İrandan Azərbaycana narkotik vasitə daşımaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İttihama görə, 2008-ci il dekabrın 11-də İran İslam Respublikasının vətəndaşı Quluzadə Əhməd Əbdülqasım, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov, Rauf Əhmədov, Vüqar Abdullayev, Firudin Dadaşov, Azər Quliyev, Fariz Əliyev, Tangəldi Əliyev, Rahib Zeynalov qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, 82 kiloqram 500 qrama yaxın həşişi, 5 kiloqramdan artıq heroini və 2 kiloqrama yaxın tiryəki gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətiriblər. Buradan isə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisinə apararaq əkin sahəsində gizlədiblər. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 12-də cinayətkar qrupun üzvləri saxlanılıb və onlardan 90 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, İran İslam Respublikasından Azərbaycana gətirilən həmin narkotik vasitəni dəstə üzvləri Dərbənd şəhərinə aparmalı, orada isə narkotikləri Ermənistan Respublikasının vətəndaşları almalı imiş.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək. // Bizim Yol




Oxunub: 216 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax