02-07-2009
Paylaş
ABŞ, Rusiya, Fransa, İngiltərə və Çin rəsmi olaraq nüvə silahına malik ölkələrdir
Dünyanın ən böyük nüvə silahına sahib iki ölkəsi ABŞ və Rusiyanın liderləri Barak Obama və Dimitri Medvedev 6-7 iyul tarixlərində Moskvada görüşəcəklər. Moskva sammitinin ana gündəmi, nüvə silahlarının azaldılması mövzusunu meydana gətirəcək.
CNN Türk-ün məlumatına görə, ABŞ ilə Rusiya 5 dekabr 2009-cu ildə müddəti bitəcək 1991-ci ildə imzalanan Strateji Silahların Azaldılmasına dair Müqavilənin (START1) yerinə yeni bir razılaşma üzərində çalışırlar.
"Reuters" agentliyi isə dünyada nüvə silahına sahib olduqları rəsmi və qeyri-rəsmi olaraq bilinən ölkələr və onların sahib olduqları nüvə gücü bağlı məlumatlar yayıb:
Rəsmi olaraq nüvə silahına sahib ölkələr:
ABŞ:
START-ın nəzərdə tutduğu qaydalara uyğun olaraq 2009-cu ilin yanvar ayından etibarən ABŞ-ın 5 min 200 nüvə döyüş başlığı; istifadəyə hazır 2700 (2 mini strateji, 500 strateji olmayan -taktiki) döyüş başlığı olduğu təxmin edilir.
Rusiya ilə ABŞ arasındakı 2002-ci il Moskva razılaşmasına (Strateji Hücum Silahlarının Azaldılmasına dair -SHS) uyğun olaraq iki ölkənin də istifadəyə hazır döyüş başlıqlarını 2012-ə qədər 1700-2200-ci illərə qədər azaltması lazımdır.
RUSİYA
Rusiyanın təxminən 14 min nüvə silahı olduğu təxmin edilir, ancaq ümumi silah ehtiyatı, taktiki nüvə silahları tam hesablanmadığı üçün dəqiq bilinmir.
START 1-in şərtlərinə uyğun olaraq, Rusiyanın nüvə döyüş başlıqlarını 2008-ci ilin iyununa qədər 4138-ə endirməsi lazım idi.
FRANSA
1992-ci ildən bu yana Nüvə Silahların Yayılmasının Önlənməsi Razılaşmasına (NPT) imza atıb.
Fransa prezidenti Nikola Sarkozi, sualtı raketlərini buraxacağını və havadan atılan silahları üçdə bir azaldaraq 290 döyüş başlığına endirəcəyini bildirib.
Paris, 2008-ci ilin sentyabrına qədər döyüş başlıqlarını təxminən 300-ə endirmişdi.
İNGİLTƏRƏ
Nüvə silah anbarının, strateji və strateji olmayan döyüş başlıqları şəklində 200-ü keçmədiyi təxmin edilir.
ÇİN
Nüvə silah proqramına 1955-ci ildə başlayan Çin, 1964-cü ildəki müvəffəqiyyətli nüvə sınağından sonra daha 45 nüvə sınağı həyata keçirib. Çinin təxminən 400 strateji və taktiki nüvə silahı olduğu, daha çoxunu çıxarmaq üçün də vəsaiti olduğu təxmin edilir.
Nüvə Silahların Yayılmasının Önlənməsi Razılaşmasına (NPT) 1992-ci ildə daxil olan Çin, nüvə silahı olmayan ölkəyə qarşı nüvə silahından istifadə etməyəcəyi istiqamətində rəsmi söz verib.
ELAN EDİLƏN DİGƏR ÖLKƏLƏR
ŞİMALİ KOREYA
İlk nüvə sınağını 2006-cı ilin oktyabr ayında, ikincisini 2009-c u ilin may ayında həyata keçirib. NPT-dən 1993-cü ildə çıxan Şimali Koreya, 2009-cu ilin may ayından sonra raket sınaqları həyata keçirib.
HİNDİSTAN
Hindistan, özünü rəsmi olaraq nüvə silahına sahib olan ölkə elan edib. Yeni Dehlinin ən azı 100 döyüş başlığı çıxaracaq qədər plutonyumu olduğu təxmin edilir.
PAKİSTAN
Pakistanın 30-50 atom bombası hazırlanacaq qədər, 580-800 kq ətrafında zənginləşdirilmiş uran ehtiyatı olduğu təxmin edilir. Nüvə Elmlər Bülleteninin 2007-ci ildəki təxminlərinə görə Pakistanın təxminən 60 döyüş başlığı var. Hindistan da, Pakistan da NPT razılaşmasını imzalamayıb.
NÜVƏ SİLAHINA SAHİB OLDUĞU EHTİMAL EDİLƏN ÖLKƏLƏR
İSRAİL
İsrailin məşhur şəkildə, böyük diametrdə nüvə silahı olduğuna ehtimal edilir, ancaq özü bu mövzuda dəqiq bir şərh vermir. Dimona reaktörünün plutonyum çıxarma tutumuna söykənən təxminlərə görə İsrailin təxminən 100-200 inkişaf etmiş nüvə partlayıcı yanacaqları var.
İsrail rəsmi olaraq, Orta Şərqdə nüvə silahına sahibi olduğunu açıqlayan ilk ölkə olmayacağını elan edib. İsrail, NPT sazişini imzalamayıb.
İRAN
1970-ci ildən bəri NPT-də olan İranın bildirdiyinə görə nüvə enerjisi əldə etmək üçün uran zənginləşdirmə proqramı var. Qərb isə İranı nüvə silahı inkişaf etdirməyə çalışmaqda günahlandırır. /ANS PRESS/