02-07-2009

İnternetdə qorxunc vurus yayılıb

İnternetdə qorxunc vurus yayılıb Paylaş

“Artıq gecdir, sizin həyatınız daha yaxşı olmayacaq”

QayNar: Bir neçə gündür ki, internetdə qorxunc virus yayılıb. Virusun təhlükə dərəcəsini nəzərə alan internet texnologiyasına bağlı bütün aparıcı şirkətlər (Hotmail, Yahoo, AOL və s.) hərəkətə gəlib.
Qaynar.info-nun verdiyi xəbərə görə, artıq "Microsoft" və "Norton" kompaniyaları bununla bağlı xəbərdarlıqla çıxış edib.
Qeyd edək ki, bu virus təzə yayılıb, şənbə günündən etibarən hərəkətə keçib. Qeyd olunur ki, heç bir antivirus proqramları onu tutmağa qadir deyil.
Virus “Həyatın hakimi” adlı haker tərəfindən yaradılıb.

Virus haqqında:

Sizin elektron ünvanınıza “Mail Server Report” adlı məktub göndərilə bilər. Əgər bu məktubu açsanız, ekrana belə bir cümlə gələcək- “Artıq gecdir, sizin həyatınız daha yaxşı olmayacaq” ( “İt is too late now? Your life is no longer beautiful”). Məktubu açmaqla kompüterinizdə olan hər şeyi itirəcəksiniz. Sizin bütün parollarınız ələ keçiriləcək.
Bütün antivirus proqramlarının bacara bilmədiyi bu virusa qarşı siz də diqqətli olun. Bunun üçün tanımadığınız,spam xarakterli məktubları açmamağınız məsləhət görülür.

// T.İsmayılov, QayNar




Oxunub: 493 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax