02-07-2009

İqbal Ağazadə Britaniya Səfirliyinin İkinci Katibini qəbul edib

İqbal Ağazadə Britaniya Səfirliyinin  İkinci Katibini qəbul edib Paylaş

QayNar: Bü gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın sədri, millət vəkili İqdal Ağazadə Britaniya Səfirliyinin  Siyasi Məsələlər üzrə İkinci Katibi xanım Kartin Klevi qəbul edib.
Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri, bu problemin bütövlükdə regionun Avropaya inteqrasiyasına və demokratikləşməsinə   təsiri müzakirə olunub. Eyni zamanda görüşdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaq Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlığı ilə maraqlanıb. // T.İsmayılov, QayNar




Oxunub: 229 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax