02-07-2009

İlham Əliyev ATƏT sədrini qəbul edib

İlham Əliyev ATƏT sədrini qəbul edib Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyannisi qəbul edib.
Qaynar.info-nun AzərTAC-a istinadən verdiyi xəbərə görə, əvvəlcə İlham Əliyevin Yunanıstanın xarici işlər naziri xanım Bakoyannis ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri müzakirə edilib.
Sonra görüş geniş tərkibdə davam etdirilib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.




Oxunub: 199 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax