02-07-2009

Prezidentin oğlu evlənib

Prezidentin oğlu evlənib Paylaş

Tacikistanın prezidenti İmaməli Rahmonun oğlu Rustami ötən şənbə günü evlənib. O, ölkədəki “Şirin” adlı şokolad fabrikinin sahibinin qızı ilə ailə qurub. Toy mərasimi prezidentin yay evində keçirilib.

İki il əvvəl prezident ölkədə toylara 200 nəfərdən az adam çağırılması və hədsiz israfçılığa yol verilməməsi haqqında sərəncam vermişdi. Tacikistanda uzun müddət adamlar imkanı oldu-olmadı bir ənənə kimi dəbdəbəli toy mərasimləri keçirirdi.

Rəsmi televiziyanın məlumatına görə İmaməli Rahmon toya çox pul xərcləməyib. Dövlət başçısı və ailəsi toy münasibətilə Düşənbədəki uşaq evinə baş çəkib.

Bu doqquz uşaq atası olan prezidentin böyük ailəsində ilk toydur. Onun iki oğlu, yeddi qızı var. İndi ailə quran 21 yaşlı Rustami İmaməli Moskva Diplomatik Akademiyasının tələbəsidir. O, həm də ölkənin "İstiqlol" adlı futbol komandasında oynayır. // Azadlıq Radiosu




Oxunub: 447 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax