03-07-2009

Maykl Cekson İslama uyğun basdırılacaq

Maykl Cekson İslama uyğun basdırılacaq Paylaş

Amma hazırda pop kralının harada basdırılacağı ilə bağlı dəqiq məldumat yoxdur

Maykl Ceksonun doğmaları əfsanəvi pop kralını İslam adətlərinə uyğun dəfn etmək niyyətindədirlər.
"Ailə üzvləri müsəlmanların dəfn adətlərini nəzərdən keçirirlər. Maykl ölümündən əvvəl İslamı qəbul etmişdi və yaxınları hesab edirlər ki, o bu dinin tələblərinə uyğun dəfn edilmək istərdi",-deyə "Hindustan Times" qəzeti "Aceshowbiz.com."un blogerinin sözlərindən sitat gətirir.

Bloger bildirib ki, Mayklın İslamı qəbul etmiş böyük qardaşı Cermen ailəni müsəlman ayinlərinin özəllikləri ilə tanış edəcək, çünki "Cermen qardaşının İslam rituallarına uyğun basdırılmasının önəmini anlayır".

Qeyd edək ki, Maykl Ceksonun rəsmi olaraq ötən ilin noyabrında İslamı qəbul etdiyi bildirilir. Onun İslamı qəbul etməsi dostunun Los-Ancelesdəki evində baş verib. Cekson müsəlman qaydalarına uyğun olaraq Mikayıl adını götürüb.

Şahidlər bildirirlər ki, Cekson yerdə oturubmuş, dəvət edilən imam isə ona şəhadəti təkrar etdirib.

Mayk Cekson "Yəhova şahidləri" dini cərəyanına etiqad edən ailədə doğulub. Amma sonuncu prodüseri və mahnılarının müəllifi ilə dini mövzularda söhbət etdikdən sonra müsəlman olmaq qərarına gəlib. 1989-cu ildə İslamı qəbul edən və hazırda Bəhreyndə yaşayan Cermen də qardaşının son zamanlar İslamla ciddi maraqlandığını və çoxlu ədəbiyyat oxuduğunu bildirib: "Mən Məkkədən qayıdandan sonra ona çoxlu kitab gətirdim. O, mənim dinim haqqında soruşmağa başladı. Mən İslamın dinc və gözəl olduğunu söylədim".

Hazırda pop kralının harada basdırılacağı ilə bağlı dəqiq məldumat yoxdur. Əvvəlcə güman edilirdi ki, matəm mərasimi Ceksonun "Neverland"ində və ya Los-Ancelosun 100 min nfərlik "Kolizey" stadionunda keçiriləcək. Son məlumata görəsə, Maykl Ceksonun dəfn mərasimi iyulun 7-də səhər saat 10-da Los-Ancelosda "Staples Center"də gerçəkləşəcək. Bu barədə "The Hollywood Reporter" portalı xəbər verib. Pop-ulduzun yaxın ətrafından alınan məlumatlara görə, "Staples Center" Amerikanın "AEG Live" promouter şirkətinə məxsusdur. "Staples Center" "Teatr Nokia" ilə qonşuluqda yerləşir, bu iki binadan və yaxınlıqdakı meydandan matəm mərasimləri vaxtı istifadə edilir. Hələlik dəfn mərasiminin orada keçirilməsi barədə rəsmi informasiya olmasa da, "Staples Center" ətrafındakı canlanma, hərəkətlilik diqqəti cəlb edir.

Mənbənin məlumatına görə, "AEG Live" dəfn mərasiminə qatıla bilməyəcək müğənninin minlərlə pərəstişkarları üçün açıq havada nəhəng ekran quraşdırmağı planlaşdırır.

Müşahidəçilərin fikrincə, Ceksonun dəfni "Yer Kürəsinin ən nə böyük şousu"na və "dünya tarixinin ən nəhəng dəfn mərasimi"nə çevrilə bilər. // Ekspress




Oxunub: 336 dəfə.     Şərhlər: 3
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax