Polad Bülbüloğlu tək getməyib!- Yenilənib-3
Paylaş
Asim Mollazadə, Səyavuş Kərimi və Rövşən Rzayev də nümayən heyətində iştirak edir
QayNar: Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün səhər saatlarında tanınmamış Dağlıq Qarabağ Respublikasına səfər edib.
Səfərdə Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan, Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkov da iştirak edir.
Qaynar.info-nun verdiyi xəbərə görə, Polad Bülbüloğlunu həmçinin Azərbaycandan daha bir neçə ictimai-siyasi şəxs müşayiət edir. Onlar deputatlar Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə, millət vəkili Rövşən Rzayev və bəstəkar Siyavuş Kərimidir.
Faktı Qaynar.info-ya açıqlamasında DİP-in Gənclər Təşkilatının sədri Ramin Hacılı da təsdiqləyib.
Qeyd edək ki, nümayəndə heyəti artıq Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Hazırda İrəvanda olan nümayəndə heyəti Ermənistan prezidenti Serj Sarkisyanla görüşür.
Daha sonra onların Bakıya qayıdaraq, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəkləri güman edilir. // T.İsmayılov, QayNar
***
15-26
POLAD BÜLBÜLOĞLU XANKƏNDİDƏ AÇIQLAMA VERİB
Azərbaycanın səfiri medianı düşmən obrazı yaratmaqda qınadı!
Bu gün Xankəndiyə səfər edən Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan, eləcə də Mədəniyyət və Kinematoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkoy Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşdən sonra jurnalistlərlə qısa söhbət ediblər.
“Media forum” saytı Ermənistanın “Panarmenian.net” saytına istinadla xəbər verir ki, P.Bülbüloğlu Xankəndiyə dövlət və ya siyasət problemlərini həll etməyə deyil, xalqlar arasında etimad yaratmaq üçün gəldiklərini deyib: “Son 18-20 ildə bizim ölkələrdə bir-biri haqda heç bir məlumatı olmayan yeni nəsil yetişib. Buna görə də biz • iki keçmiş mədəniyyət naziri 2007-ci ildə belə bir təşəbbüs irəli sürdük və bu təşəbbüs uğurla nəticələndi”.
Azərbaycan səfiri qeyd edib ki, bu dəfə səfərə çıxan nümayəndə heyətinin tərkibi daha genişdir. Onun sözlərinə görə, nümayəndə heyətinin bir neçə yeni proqramı var, bu proqramlar hələ müzakirə mərhələsindədir və ola bilsin, gələcəkdə reallaşdırılacaq.
Medianı düşmən obrazı yaratmaqda, Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə mənfi təsir göstərməkdə qınayan P.Bülbüloğlu bir daha vurğulayıb ki, onların səfərlərində məqsəd siyasi problemləri həll etmək deyil.
“Panorama.am” saytının məlumatına görə, P.Bülbüloğlu bildirib ki, onlar B.Saakyanla görüşdə humanitar sahəyə aid üçtərəfli proqram müzakirə ediblər. Səfir bu proqramın erməni və Azərbaycan ictimaiyyətlərinin mövqeyinin yaxınlaşmasına xidmət etdiyini söyləyib. “Nə Ermənistan, nə də Azərbaycan göyə uçası deyil” deyə P.Bülbüloğlu vurğulayıb.
***
11-25
Polad Bülbüloğlu Şuşaya gedib!
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Dağlıq Qarabağdadırlar
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu, Armen Smbatyan və Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkov tanınmamış Dağlıq Qarabağ Respublikasında səfərdədirlər. Onlar iyulun 3-də səhər saatlarında Tərtər rayonunun Şıxarx kəndi ərazisindən işğal altında olan Azərbaycan ərazilərinə keçiblər.
PanARMENIAN.Net-in məlumatına əsasən, Bülbül ğlu, Smbatyan və Şvıdkovun tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan ilə görüşü bu günə planlaşdırılıb. Daha sonra onlar jurnalistlərlə görüşəcəklər.
Qeyd edək ki, 2007-ci il iyunun 28-də iki ölkənin RF-dakı səfirləri Smbatyan və Bülbüloğlunun təşəbbüsü ilə Ermənistan və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutmuşdu. // Trend
Oxunub: 532 dəfə. Şərhlər: 3
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax