Qarabağ Forumunda sərt bəyanat
Paylaş
"Həmsədrlər Dağlıq Qarabağ probleminin həllində Ermənistanı dəstəkləyir"
Azərbaycanın bir qrup müxalifət partiyası ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ probleminin həllində Ermənistanın mövqeyini dəstəkləməkdə qınayıb.
"Problemin həllində vasitəçilik edən dövlətlər təcavüzkar Ermənistanı çəkindirmək üçün heç bir addım atmamış, əksinə, problemin həlli adı altında Azərbaycanı işğal faktoru ilə barışmağa, Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində hüquqi prosedurlara razılıq verməyə yönəlmiş aşkar təzyiqlərə başlamışlar", - deyə bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən "Qarabağ forumu"nda qəbul olunan bəyanatda bildirilir.
Forum iştirakçıları hesab edirlər ki, vasitəçi dövlətlər Qarabağ problemindən istifadə etməklə Azərbaycanın yerləşdiyi regionda nüfuz savaşı aparır və bu savaş Azərbaycanın haqq və hüquqlarının tapdalanması ilə müşayiət olunur. "Qarabağ forumu"nun iştirakçıları problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq prinsiplərə uyğun həllini mümkün hesab etdiklərini, Dağlıq Qarabağda antiterror əməliyyatlarının aparılmasının zəruriliyini qeyd edirlər", - bəyanatda əlavə olunur.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. // Trend
Oxunub: 321 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax