03-07-2009

Rusiya yığmasının sabiq baş məşqçisi Azərbaycan klubunu çalışdıracaq

Rusiya yığmasının sabiq baş məşqçisi Azərbaycan klubunu çalışdıracaq Paylaş

"Bankirlər" Andrey Çernışevlə anlaşdı

 "Standard"ı Rusiya yığmasının keçmiş baş məşqçisi çalışdıracaq. fanat.az xəbər verir ki, bu barədə Rusiyanın "Sport Ekspress" qəzeti yazıb.
Qəzetin məlumatına görə, Azərbaycan klubu Andrey Çernışevlə artıq rəsmi müqavilə də imzalayıb. Müqavilənin müddəti 1+1 il üçün nəzərdə tutulub.
Qeyd edək ki, Çernışev 1968-ci il yanvarın 7-də Moskvada anadan olub. 41 yaşlı mütəxəssis futbolçu karyerası ərzində vətənində "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Alaniya" və "Rubin"in formasını geyinib. O, eyni zamanda 5 ölkədə legioner həyatı da yaşayıb. Belə ki, "Şturm" (Avstriya ), PAOK (Yunanıstan), "Qroyter Früt" (Almaniya), "Antperven" (Belçika) və "Leoben", "Bad Blayqer" (hər ikisi Avstriya) klublarında çıxış edib. SSRİ və Rusiya milli komandalarının şərəfini qoruyub.
2001-ci ildə futbolçu karyerasını başa vurub. Bir il sonra Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi təyin olunub. 2003-cü ildə "Spartak"ın, 2006-cı ildə Tiflis "Dinamo"sunun, 2007-ci ildə Belarusun "Vitebsk"in baş məşqçisi olub. Onun son iş yeri Bryansk "Dinamo"su olub.   

 




Oxunub: 232 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax