
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
03-07-2009
QayNar: 5-8 iyul tarixlərində Parisdə Ali təhsil üzrə Ümumdünya Konfransı (WCHE 2009) keçiriləcək. Konfrans YUNESKO təşkilatı və Microsoft korporasiyası tərəfindən təşkil olunacaq.
Qaynar.info-nun verdiyi xəbərə görə, konfransda Azərbaycanı Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, və Microsoft Azərbaycan şirkətinin “Təhsildə Tərəfdaşlıq” proqramı üzrə meneceri Emin Axundov təmsil edəcəklər.
Nazirlər səviyyəsində keçiriləcək konfransda 30-dan çox ölkənin təhsil sistemlərini təmsil edən 200 nümayəndənin iştirakı gözlənilir.
Forumda cari iqtisadi şəraitdə ali təhsilin rolu, ali təhsildə tendensiyalar, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının təhsilə göstərdiyi təsir kimi məsələlər müzakirə olunacaq.
Konfrans çərçivəsində keçiriləcək görüşlər zamanı Azərbaycanın nümayəndə heyəti “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində Azərbaycanın ali təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi haqqında məlumat verəcək. // Şəmsi Abbasov, QayNar