03-07-2009

Terrorçu məhkəmədə etiraf etdi

Terrorçu məhkəmədə etiraf etdi Paylaş

Livan vətəndaşı Bakıdakı İsrail səfirliyini partlatmaq üçün SEPAH-dan əmr aldığını bildirib

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan Livan vətəndaşı SEPAH (İran İslam Respublikasının İnqilab Keşişçiləri Korpusunun kəşfiyyat xidməti) tərəfindən İsrail səfirliyində terror aktı törədilməsi üçün əmr alaraq Azərbaycana gəldiyini etiraf edib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə ifadə verən Kərək Əli Məhəmməd bildirib ki, İrana gələndən sonra İran vətəndaşı kimi adına SEPAH tərəfindən saxta sənəd düzəldilib və Azərbaycana göndərilib.

O bildirib ki, Azərbaycanda vəzifəsi İsrail səfirliyi, səfirliyə girib-çıxanlar barədə məlumat toplamaq və toplanmış materialları SEPAH-a ötürmək olub.

Əli Məhəmməd deyib ki, məlumatlar toplanandan sonra səfirlikdə terror törədilməsi barədə SEPAH-dan tapşırıq gəlməliydi.

O, Qəbələ RLS-in partladılması barədə SEPAH-dan tapşırıq almadığını və bu məsələdən xəbərsiz olduğunu bildirib.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələriylə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərək Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn Livan, qalan 4 nəfər Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdırlar.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportlarının olduğu bildirilir.

Adıçəkilən Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn SEPAH, "Hizbullah" və "Əl-Qaidə" terrror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndərilib və onların sifarişilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalıydılar.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara yardımçı olmalı imişlər. // Trend




Oxunub: 329 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax