03-07-2009

Rumıniya millisinin hücumçusu Azərbaycanda!

Rumıniya millisinin hücumçusu Azərbaycanda! Paylaş

"Bakı"da İspaniyada çıxış etmiş futbolçunu sınaqdan keçirir

"Bakı" daha bir futbolçunu baxışa çağırıb. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının və yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən Azərbaycan çempionunu baş məşqçisi Qyoko Hacievski hazırda rumıniyalı Daniel İonel Opritanı sınaqdan keçirir.
1981-ci il təvəllüdlü Oprita karyerasını yerli "FCM Reşita"da klubunda başlayıb. 2002-ci ildə "Styaua"ya transfer olunub. Buxarest klubunda 5 mövsüm keçirən forvard ardınca "Dinamo"ya keçib. Vətənində sonuncu dəfə "UTA Arad"ın şərəfini qoruyan Daniel İspaniyaya yollanıb. Bir müddət ikinci liqa təmsilçisi "Lorca Deportivo"nun formasını geyinən hücumçunun İspaniya macerası qısa çəkib - cəmi üç oyun. Priney yarımadasından İsveçrəyə yollanıb və bir müddət "Aarau"nın şərəfini qoruyub. Bu klubdan isə "Bakı"ya gəlib.
Daniel həm də Rumıniya milli komandasında çıxış edib. O, yığmaya 6 dəfə dəvət alıb və bir qola imza atıb.
O, "Bakı"nın "Hayduk"la yoxlma matçında iştirak edib və komandanın yeganə qoluna imza atıb.

Adı: Daniel İonel
Soyadı: Oprita
Doğum tarixi: 10 avqust 1981-ci il
Doğum yeri: Draqanaeşti/Rumıniya
Boyu: 1,84 m
Ampulası: Hücumçu
Karyerası:
2000/02 - FCM Reşita (Caraş-Severin/Rumıniya - 33 oyun (7 qol)
2002/07 - Styaua (Buxarest/Rumıniya) - 107 (15)
2007 - Dinamo (Buxarest/Rumıniya) - 5 (0)
2008 - UTA Arad (Arad/Rumıniya) - 6 (0)
2008 - Lorca Deportiva (İspaniya) - 3 (0)
2009 - Aarau (İsveçrə) - 10 (0)
2003/06 - Rumıniya millsi - 6 (1)




Oxunub: 234 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax