03-07-2009

Fərda Qədirov metronu partlatmaq istəyib

Fərda Qədirov metronu partlatmaq istəyib Paylaş

Tağı Əhmədov: "Amma metroda terror törədə bilməyəcəyini başa düşüb və bu fikrindən daşınıb"

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqın edən şəxsin çox güman ki, metroda terror törətmək istəyi olub. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.
"Amma metroda terror törədə bilməyəcəyini başa düşüb və bu fikrindən daşınıb", - deyə Əhmədov vurğulayıb.
Metropoliten rəisinin sözlərinə görə, Metropolitendə təhlükəsizlik yüksək səviyyədə qorunur.
Əhmədov bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edən Fərda Qədirovun üzərindən metro kartı aşkarlanandan sonra aparılan araşdırma ilə müəyyən edilib ki, o, son iki gündə metrodan istifadə etməyib.
Metropoliten rəsmisi bildirib ki, vaqonlarda təhlükəsizliyi təmin etmək və nəzarəti gücləndirmək üçün iyulun 1-dən 16 yeni ştat açılıb.
"Bakı Metropoliteninin hər bir nöqtəsi videokameralarla izlənilir. Yalnız vaqonlarda kameralar yerləşdirilməyib. Yeni işə götürülən şəxslər vaqonlarda nəzarəti həyata keçirəcəklər", - deyə Əhmədov vurğulayıb.
Əhmədov gələcəkdə vaqonlarda da kameraların quraşdırılacağını deyib. Onun sözlərinə görə, əvvəllər metroda təhlükəsizlik baxımından kameralar vasitəsilə aparılan çəkilişlər 10 gün müddətinə saxlanılırdısa, artıq bu çəkilişlər arxivləşdiriləcək. // Trend




Oxunub: 356 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax