“Cənubi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olacaq
Paylaş
QayNar: Mətbuat Şurasında iyulun 7-də saat 15.00-da “Cənubi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçiriləcək.
Qaynar.info-nun verdiyi xəbərə görə, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlinin çoxillik elmi axtarışlarının bəhrəsi olan əsərdə Təbrizdə “Azərbaycan” adlı (1858-ci il) ilk rəsmi qəzetin işıq üzü görməsindən bu günədək Cənubi Azərbaycanda çap edilən mətbu nəşrlər barədə müfəssəl məlumatlar yer alıb. Girişdən, 8 bölümdən ibarət qiymətli məxəzdə həmçinin 151 ildə keçilmiş yolu əks etdirən dəyərli sənədlər də toplanıb.
Tanınmış alim və mütəxəssislərin rəy verdiyi kitab 2009-cu ildə “Elm” nəşriyyatında buraxılıb. Təqdimatda onlarla yanaşı kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak edəcəklər. // T.İsmayılov, QayNar
Oxunub: 307 dəfə. Şərhlər: 1
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax