03-07-2009

Yeni qəzet- «Nonsens» nəşrə başlayır

Yeni qəzet- «Nonsens» nəşrə başlayır Paylaş

Qəzet hər həftənin bazar ertəsi satışda olacaq

QayNar: «24 SAAT» qəzetinin sabiq baş redaktoru, tanınmış jurnalist Fikrət Fəraməzoğlu yeni layihəyə imza atmağa hazırlaşır. Bu barədə Qaynar.info-ya məlumat verən jurnalist bildirib ki, üzümüzə gələn həftənin bazar ertəsi günü yeni yaratdığı «Nonsens» qəzeti oxucuların ixtiyarında olacaq.
Onun sözlərinə görə, «Nonsens» mübarizliyi və obyektivliyinə görə, «24 SAAT»dan fərqlənməyəcək. Əksinə, daha ciddi və cəsarətli yazıları ilə diqqəti çəkəcək. «Belə bir layihə üzərində 6 aydır çalışırdıq. Nəhayət, artıq reallaşdırmağa başlamışıq. Tam əminəm ki, indiki mətbuat bolluğu şəraitində «Nonsens» qəzeti bir sıra ciddi uğurlara imza atacaq və özünün oxucu kontingentini formalaşdıracaq».
Fəraməzoğlu onu da bildirib ki, «Nonsens» qəzeti sentyabr ayına qədər həftədə bir dəfə nəşr olunacaq. «Sentyabrdan sonra bütün imkanlarımızı işə salıb, gündəlik nəşr olunmaq niyyətindəyik. Bu barədə planlarımız genişdir və fərqli bir şey ortaya qoymağa çalışacağıq. Hələlik oxucularımız bazar ertəsi qəzetimizi alıb oxuya bilərlər». // T.İsmayılov, QayNar




Oxunub: 322 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax