03-07-2009

Asim Mollazadə: “İstənilən pis sülh müharibədən yaxşıdır”

Asim Mollazadə: “İstənilən pis sülh müharibədən yaxşıdır” Paylaş

“İstənilən pis sülh müharibədən yaxşıdır”. “Tert.am” saytının verdiyi xəbərə görə, bu barədə cümə günü Xankəndində Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə bildirib.
“Bu gün hər iki ölkə - Azərbaycan və Ermənistan, həmçinin hər iki xalq üçün sülhün əldə olunması istiqamətində böyük şans var. Bunun üçün sülh və stabil Cənubi Qafqaz regionunun yaradılmasına imkan verə bilcək ciddi iş və həll variatlarının axtarışı zəruridir.
Bu istiqamətdə həm Azərbaycan, həm də Ermənistan iş görməlidir, beynəlxalq təşkilatlarsa onlara sülhün əldə olunmasında köməklik göstərməlidir”, - deyə o bildirib.
Mollazadə qeyd edib ki, hazırda danışıqlar prosesi gedir, ciddi irəliləyişlər var.
“Düşünürəm ki, Moskva Bəyannaməsinin imzlanmasından sonra sülhün əldə olunması istiqamətində çox iş görülüb”, - deyə müxalifətyönlü deputat bildirib.
O vurğulayıb ki, onun Xankəndində olması, sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də, maraqlı olduğuna sübutdur. /ANS PRESS/




Oxunub: 282 dəfə.     Şərhlər: 4
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax