
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
03-07-2009
"Bakı" Aleksandar Soliclə müqavilə imzaladı
Çempionlar Liqasının və yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Bakı" heyətini gücləndirib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu heyətinə daha bir futbolçu qatıb.
Belə ki, "Bakı" Sloveniyada keçirilən təlimlər zamanı baxışdan uğurla çıxan bosniyalı futbolçu Aleksandar Soliclə 1 illik müqavilə imzalayıb. Yarımmüdafiəçi "Bakı" "NK Osijek" klubundan transfer olunub. Qeyd olunan klub Xorvatiya birinciliyndə çıxış edir və ötən mövsümü 7-ci pillədə başa vurub.
Soliç 1983-cü ildə Xorvatiyanın Rieka şəhərində dünyaya gəlsə də, Bosniya və Hersoqovina vətəndaşıdır. Məşhur transfermarkt.de saytı Soliçə 500 min avro qiymət qoyub.

Adı: Aleksandar
Soyadı: Solic
Doğum tarixi: 9 yanvar 1983-cü il
Doğum yeri: Rieka/Xorvatiya
Vətəndaşlığı: Bosniya və Hersoqovina
Boyu: 181 sm
Çəkisi: 69 kq
Karyerası:
2003/05 - Pomoraç
2005 - Karlovaç
2006 - Zadar
2006 - Dragovolyaç
2007/09 - Osijek