03-07-2009

MTN misilsiz fırıldaqçılığın üstünü açdı

MTN misilsiz fırıldaqçılığın üstünü açdı Paylaş

Əfqan Vəliyevin evlərindən 130 mindən artıq saxta dərslik müsadirə edildi

QayNar: Milli Təhlükəsizlik Nazirliyi tərəfindən (MTN) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədi ilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Vəliyev Əfqan Vəli oğlu saxlanılıb.
Qaynar.info-nun MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi xəbərə görə,  iyulun 2-də Əfqan Vəliyevə məxsus Badamdar qəsəbəsindəki və 1-ci Alatavadakı evlərə, həmçinin həyətyanı tikililərə keçirilən baxış zamanı qanunsuz çap edilmiş 130 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən TQDK-nın abreviaturası altında dərc edilmiş, guya bu qurumun çap məhsulu hesab olunan jurnal və kitabçalar, test tapşırıqları, test bankları, abituriyentlərə kömək, eləcə də çap prosesində istifadə olunan 4 min 620 ədəd ofset plastina, 4 min 200 ədəd nəşriyyat plyonkası, kitab formasında cildlənməmiş 9 min ədəd hazır vərəq, 2 min ədəd test blanklarının üzlükləri və 1050 adda ədəbiyyat, habelə müxtəlif təyinatlı çap dəzgahları aşkar edilib.

Faktla bağlı toplanılmış materiallar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə Respublika Baş Prokurorluğuna göndərilib. // T.İsmayılov, QayNar




Oxunub: 394 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax