
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
03-07-2009
Paylaş
QayNar: "Donuz qripinin dünyaya yayılmasının qarşısını almaq qeyri-mümkündür". Qaynar.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə BMT-nin baş səhiyyə rəsmisi Meksikada keçirilən forumdakı çıxış edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Marqaret Çan əlavə edib ki, forumun məhz Meksikanın Kankun şəhərində keçirilməsi göstərir ki, BMT xəstəlikdən ən çox ziyan çəkmiş bu ölkəyə tam etimad göstərir.
ÜST deyir ki, H1N1 hallarının əksər hissəsi mülayim formadadır və adamlar çox zaman əlavə yardımsız sağala bilirlər.
Hazırda təkcə Britaniyada gündə 100 min insanın yayın sonuna kimi bu xəstəliyə tutulacağı güman edilir.
Doktor Çan öz açılışı nitqində deyib: "Hazırda 100-dən çox ölkədə donuz qripi halı qeydə alınıb. Eləki, maksimal yayılmaq gücünə malik virus formalaşdı, onun dünyaya yayılmasının qabağını almaq qeyri-mümkündür."
Lakin o vurğulayıb ki, xəstələrin böyük əksəriyyəti bir həftə içində sağala bilirlər. Bəzən bunun üçün onlara heç dərman da qəbul etmək lazım gəlmir. // Şəmsi Abbasov, QayNar