03-07-2009

Elçin Behbudov bomba qoyulmasıyla bağlı yalan zənglər edən yeniyetmələrlə görüşüb

Elçin Behbudov bomba qoyulmasıyla bağlı yalan zənglər edən yeniyetmələrlə görüşüb Paylaş

Hüquq müdafiəçisi onların azad olunması xahişilə MTN rəhbərliyinə müraciət edəcək

Bu gün İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq aparıb. Bu barədə Turana komitə sədri bildirib.
O, istintaq təcridxanasında Bakının müxtəlif yerlərinə bomba qoyulması barədə yalan məlumat verən 4 nəfər yeniyetmə ilə görüşüb. Hüquq müdafiəçisinin sözlərinə görə, Gülər Əfəndiyeva, Cəlal Kərimov, Sərxan Əhmədov və Pərvin Ağasıyeva CM-in 216-cı (terror aktı barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə təqsirləndirilirlər.
Komitə sədri yeniyetmələrin etdikləri əməllərdən peşmançılıq çəkdiklərini deyib.
Behbudov onların azad olunması xahişilə MTN rəhbərliyinə müraciət etdiyini bildirib. // Turan




Oxunub: 318 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax