03-07-2009

Prezident İqamətgahının qurbanları mediadan kömək istəyir

Prezident İqamətgahının qurbanları mediadan kömək istəyir Paylaş

QayNar: Xan Şuşinski küçəsi 65, 88, 69 ünvanlarında yerləşən evlərin 200-dən artıq sakini Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən evlərindən zorla çıxarılması təhlükəsi ilə qarşılaşıb.
Sakinlərin Qaynar.info-ya bildirdiyinə görə, yuxarıda qeyd olunan ünvanda yerləşən evlərin yerində Prezident İqamətgahı tikilməsi planlaşdırılıb. Bu səbəbdən bu evlərdə yaşayan sakinlərdən evlərini boşaldaraq, erməni qəbirstanlığı kimi tanına yerdə tikilən “kazarma” tipli evlərə köçmələri tələb olunur.
Bununla razılaşmayan sakinlər sabah saat 12.00-da  bütün media nümayəndələrindən əraziyə gəlmələrini və baş verən hadisələri işıqlandırmalarını xahiş edirlər. // T.İsmayılov, QayNar




Oxunub: 319 dəfə.     Şərhlər: 3
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax