03-07-2009

İnterpolun axtardığı Şevardnadzenin sabiq müşaviri ABŞ-da yaşayır

Paylaş

Sabiq Gürcüstan Prezidentinin İnterpol tərəfindən axtarılan sabiq müşaviri Temur Basiliya hazırda ABŞ-da yaşayır və beynəlxalq təşkilatlardan birində çalışır. Onu təsadüfən gürcü jurnalistlər üzə çıxarıb.
Basiliya Vaşinqtonda dəqiq harada çalışdığını jurnalistlərə deməyib.
2005-ci ildə Tbilisi Şəhər Məhkəməsi Basiliyanı vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və dələduzluq səbəbindən qiyabi şəkildə doqquz il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 2006-cı ildən etibarən o, beynəlxalq axtarışa verilib. // Trend




Oxunub: 200 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax