Sarkisyan Polad Bülbüloğlunu qəbul etdi
Paylaş
Mixail Şvıdkoy: "Ermənilər və Azərbaycanlılar bir-birilərinə etibar etmirlər"
Polad Bülbüloğlu: "Serj Sarkisyanla görüşümüz çox konstruktiv keçdi"
QayNar: İyulun 3-də axşam Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Moskvadakı səfiri Armen Smbatyan və Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən qəbul ediliblər. (Turan)
Qaynar.info-nun Ermənistanın "Tert.am" saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülboloğlu görüşdən dərhal sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə Ermənistan prezidenti arasında görüş çox konstruktib keçib.
«Serj Sarkisyanla görüşümüz çox konstruktiv keçdi. Bizim təkliflərə onun anlayışla, böyük diqqətlə yanaşdığını hiss etmək xoş idi"- deyə Polad Bülbüloğlu bildirib.
Görüşün digər iştirakçısı Şvıdkoy isə jurnalistlərə bildirib ki, “onlar Ermənistan və Azərbaycan xalqlarına bu dövlətlər arasında münasibətlərdə nə baş verdiyini dərk etməyə kömək etmək üçün yığışıblar”.
“Biz prezidentlərimizin apardığı hərbi və siyasi danışıqlara müdaxilə edə bilmərik. Bizim üçün insanların birgə yaşamaq və hörmətdən başqa çıxış yolu olmadığını hiss etməsi üçün əlimizdən gələni etmək çox vacibdir”, deyə Şvıdkoy qeyd edib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərində bir çox psixoloji problemlər mövcuddur. “Ermənilər və Azərbaycanlılar bir-birilərinə etibar etmirlər, onların münasibətləri çox gərgindir, amma mədəniyyət xadimləri bu xalqlar arasında atmosferi dəyişmək üçün hər şey edə bilərlər”, deyə Şvıdkoy vurğulayıb.
Onu da qeyd edək ki, nümayəndə heyəti artıq Bakıya yola düşüb. Burada onların Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü baş tutacaq.// Nigar Atakişiyeva, Qaynar
Oxunub: 409 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax