04-07-2009

Baffetin $1,2 milyadlıq ianəsi

Baffetin $1,2 milyadlıq ianəsi Paylaş

Amerikalı milyarder Uorren Baffet "Berkshire Hathaway" investisiya fondunun səhmlərinin iri paketini "Microsoft" korporasiyasının banisi Bill Geytslə arvadı Melindanın xeyriyyə fonduna bağışlayıb.
"Associated Press" bildirir ki, fonda bağışlanmış səhmlərin dəyəri $1,25 milyarddır.
Baffet artıq üçüncü dəfədir ki, Bill və Melinda Geytslərin fonduna böyük məbləğdə pul bağışlayır. 2008-ci ildə Baffet fondun hesabına $1,8 milyardlıq səhm keçirmişdi. İndi həmin səhmlərin dəyəri $1,2 milyarda bərabərdir. Qlobal maliyyə böhranı və ağır iqtisadi böhran ucbatından "Berkshire Hathaway" fondunun səhmlərinin dəyəri təqribən 30% ucuzlaşıb.
Uorren Baffet 2006-cı ildə bəyan edib ki, "Berkshire Hathaway" fondunun səhmlərinin və varidatının 80%-ni "dünyanın qarşılaşdığı ciddi problemlərin həll etməklə" məşğul olan xeyriyyə təşkilatlarına vermək niyyətindədir. Baffetin vəsaitinin əksəriyyəti "Bill & Melinda Gates Foundation" olacaq.
"The Forbes"in hesablamalarına görə, Baffet $62 milyardlıq sərvət sahibidir.
Malik olduğu vəsaitin həcminə görə Bill və Melina Geyts ailəsinin fondu dünyanın ən böyük xeyriyyə təşkilatı sayılır.
Qurumun kapitalı $27,5 milyard səviyyəsində dəyərləndirilir. // Ekspress




Oxunub: 213 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax