04-07-2009

«Daha bir əsgərə zabitlər işgəncə verib»

«Daha bir əsgərə zabitlər işgəncə verib» Paylaş

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi hərbi hissələrdə monitorinqlərə başlayır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov hərbi hissələrdə də, monitorinqlər aparacaq. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə hüquq müdafiəçisi "Bizim Yol"a açıqlamasında bildirib: «Əgər əsgərlərə zabit və çavuş tərəfindən işgəncələr verilirsə, onların şərəf və ləyaqəti alçaldılırsa, deməli, bu iştiqamətdə mənim fəaliyyətim vacibdir. Bu saatlarda mənə bir valideyn zəng edib. Onun oğluna N saylı hərbi hissədə zabitlər işgəncə veriblər. Əsgər hazırda hərbi hospitaldadır. Valideyn mənə rəsmi şikayət etdikdən sonra bu işi araşdıracağam. Hərbi hissələrdən bizə həyacanlı məlumatlar daxil olur. Bu siqinallar zabit və çavuşlar tərəfindən əsgərlərə əziyyət verilməsilə bağlıdır».




Oxunub: 417 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax