04-07-2009

Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib

Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib Paylaş

İlham Əliyev: “Münaqişə Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər”

Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olublar. Xatırladaq ki, onlar iyulun 3-də Xankəndidə, Şuşada olub, oradan Ermənistana gedərək, Prezident Serj Sarkisyanla görüşüblər. Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəliblər.

Qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyan, “Arovot” qəzetinin baş redaktoru Aram Abramyan, “Mediamaks” informasiya agentliyinin direktoru Ara Tadevosyan, “Novoye Vremya” qəzetinin jurnalisti Armen Xanbabyan, Ermənistan Milli Məclisinin deputatları Ermine Naqdalyan, Mxitar Mnasakanyan, futbolçu Eduard Markarov, S.Paradcanov muzeyinin direktoru Zaven Sarqsyan, İctimai Təşkilatın direktoru Şuşan Katlamadcan, Dağlıq Qarabağdan tibb işçisi Lyudmila Qriqaryan, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu, Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov daxildirlər.

Görüşdə Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bildirərək vurğulamışdır ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, həmçinin Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər.




Oxunub: 237 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax