04-07-2009

"Neftçi" Bakını tərk edir

Paylaş

Flaqman bazar günü Türkiyəyə gedəcək

"Neftçi" bu gün səhər saatlarında klubun bazasındakı meydançada hazırlıq keçib. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, baş məşqçi Böyükağa Ağayevin və məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında futbolçular topsuz məşq ediblər. Bu onların fiziki göstəricilərini artımaq üçün nəzərdə tutulub.
"Neftçi" bazar günü ölkəni tərk edəcək. Flaqman bu gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaq. Komanda qardaş ölkəyə səfər öncəsi sabah səhər saatlarında son məşqini keçəcək. Flaqman iyulun 6-sı saat 13.50-də Bakı-İstanbul reysi ilə Türkiyəyə yollanacaq.




Oxunub: 205 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax