04-07-2009

“AzSement”in direktoru həbs edildi

“AzSement”in direktoru həbs edildi Paylaş

Vidadi Ələsgərovu komitə sədri Kərəm Həsənov tutdurub

“Az Sement” MMC-nin direktoru Vidadi Ələsgərov xuliqanlıq maddəsilə həbs edilib. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə "Azadlıq" qəzeti məlumat yayıb.
Qəzet mənbəsinə istinadən bildirir ki, sahibkarın həbsi ötən həftə həyata keçirilib.
Mənbə bildirib ki, Vidadi Ələsgərov xuliqanlıqda ittiham edilsə də, əslində şərlənərək həbs olunub: “Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları ”Az Sement”ə gələrək şirkətin işinə qanunsuz müdaxilə ediblər. Vidadi Ələsgərov isə qurumun əməkdaşlarını özbaşınalığa son qoymağa çağırıb. Qarşı tərəfin çağırışa məhəl qoymadığını görən iş adamı onları şirkətdən qovub. Bu məsələdən xəbər tutan Əmlak Məsələləri üzrə Komitənin sədri Kərəm Həsənov bərk hiddətlənib və sahibkarın həbsini sifariş edib. Bundan sonra Vidadi Ələsgərov həbs olunub”.




Oxunub: 359 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax