04-07-2009

Musəvini Amerikanın agenti adlandırdılar!

Musəvini Amerikanın agenti adlandırdılar! Paylaş

Xameneyinin köməkçisi Şəriətmədaridən sensasion açıqlamalar
 
İranın ali dini lideri Xameneyinin köməkçisi müxalifət lideri Mirhüseyin Musəvini Amerikanın agenti adlandırıb. Hüseyin Şəriətmədari "Kayhan" qəzetində getmiş baş məqalədə Musəvi və keçmiş prezident Məhmməd Xatəmini məhkəməyə verməyə çağırıb.
Qeyd edək ki, Musəvi və prezidentliyə digər keçmiş namizəd Mehdi Karrubi hələ də ölkədə təkrar seçki keçirilməsini tələb edirlər.
İranda rəsmi olaraq seçkidə indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi elan edilib.
Amma müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
12 iyun prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşlarda 20 nəfər ölüb, yüzlərlə adamsa həbs olunub. // Azadlıq radiosu




Oxunub: 326 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax