04-07-2009

Pənah Hüseyn: "Bu səfər oğurluq işdir"

Pənah Hüseyn: Paylaş

Millət vəkili Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağ və Ermənistana səfərini şərh etdi

“Bu məqsədsiz, mənasız səfərdir və qəflətən baş verməsi isə bu səfəri bir qədər də oğurluq işə bənzədir”- deyə millət vəkili Pənah Hüseyn Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağ və Ermənistana səfərini Turana şərh edərkən deyib.
O, həmçinin rəsmi qurumların təmsilçilərinin səfərinin “xalq diplomatiyası” kimi qələmə verilməsinin anlaşılmaz olduğunu vurğulayıb. P.Hüseynə görə bu səfər daha çox Ermənistanın maraqlarına cavab verir və işğal faktını “legitimləşdirmək” məsələsinə bənzəyir. Eynilə iki il öncə baş vermiş belə bir səfəri xatırladan P.Hüseyn nə o, nə də ki, indiki səfərə dair əsaslandırmalar olmadığını bildirib.




Oxunub: 389 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax