09-07-2009

Millət vəkilləri gənclərin saxlandığı təcridxanaya yollanıblar- Yenilənib-6

Millət vəkilləri gənclərin saxlandığı təcridxanaya yollanıblar- <font color=#ff0000>Yenilənib-6</font> Paylaş

Saat 14-00-da gənclər olayla bağlı etiraz forumu keçirəcək!

QayNar: Dünən axşam saatlarında həbs olunan və barələrində şübhəli şəxs qismində 48 saatlıq həbs qərarı çıxarılan Emin Milli və Adnan Hacızadə hələ də 37-ci polis bölməsindədirlər.
QayNar.info-nun verdiyi xəbərə görə, hazırda Pənah Hüseyn başda olmaqla bir neçə deputat və hüquq müdafiəçiləri gənclərin saxlandığı təcridxanaya yollanıblar.
Xəbər verdiyimiz kimi, dünən paytaxt kafelərinin birində idmançı görkəmində iki mülki geyimli şəxs adıçəkilən gənclərə hücum edərək, onlara ciddi xəsarət yetiriblər. Şahidlərin bildirdiyinə görə, mülki şəxslər gəncləri hakimiyyəti tənqid etməkdə ittiham edib.

Onu da bildirək ki, bu gün saat 14:00-da Azərbaycan Media Mərkəzində Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı Mətbuat Konfransı - etiraz forumu keçiriləcək.

Müsavat.com əməkdaşının hüquq müdafiəçisi Leyla Yunusdan aldığı məlumata görə, o, baş verənlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət hazırlayır və ondan qanunçuluğa riayət edilməsini, zərərçəkənlərin hüququnun təmin olunmasını, onlara fiziki xəsarət yetirnlərin isə məsuliyyətə cəlb olunmasını tələb edir.// T.İsmayılov, QayNar

1-50

GƏNCLƏR MÜVƏQQƏTİ TƏCRİDXANAYA GÖNDƏRİLDİ

Emin Milli və Adnan Hacızadənin şübhəli şəxs qismində saxlanılması haqqında protokol tərtib edildi

FOR ENGLISH VERSION CLICK HERE!

QayNar: Saat 01-30 radələrində Qaynar.info-ya daxil olan məlumata görə, Səbayil rayonu Polis İdarəsinində saxlanılan Emin Milli və Adnan Hacızadə oradan çıxarılıblar.
Bölmənin qarşısına toplaşan gənclərin verdiyi məlumata görə, onları əli qandallı vəziyyətdə polis maşınına mindirərək aparıblar. Polis yetkililəri əlavə heç bir məlumat vermək istəməsələr də, aydınlaşdıra bilmişik ki, onların 48 saat şübhəli şəxs qismində saxlanılması üçün protokol tərtib edilib və Xətai rayonundakı 1 saylı müvəqqəti saxlama təcridxanasına göndəriblər. Güman ki, bu müddət ərzində məhkəmə keçiriləcək.
Əlavə edək ki, aktiv gənclərdən daha biri - Orxan Qafarlı da şahid qismində prosesə cəlb edilib. O.Qafarlı bir neçə saat sorğu-suala tutulandan sonra, izahatı alınaraq sərbəst buraxılıb.
Qeyd edək ki, hələ də vəkil İsxan Aşurova zərəçəkmişlərlə əlaqə yaratmağa imkan verilməyib.
Aldığımız digər məlumata görə isə gənclərə hücum edən idmançı görkəmli mülki geyimli 2 şəxs sərbəst buraxılıb. // T.İsmayılov, QayNar

Saat: 0-09

Gənclər Səbayel Rayon Polis bölməsində saxlanılır

Emin Milli xəstəxanadan bölməyə gətirilib

Vəkil İsxan Aşurov bölməyə buraxılmır

QayNar: İyulun 8-də günün ikinci yarısında bakının mərkəzindəki kafelərin birində mülki şəxslərin hücumuna məruz qalan gənclərin vəziyyəti hələ də aydınlaşmamış qalır. Son məlumatlara görə, "Semaşko"da həkim müayinəsindən keçirilən Emin Milli yenidən polis bölməsinə gətirilib. Hazırda onun vəziyyəti yaxşıdır.
Qeyd edək ki, zərərçəkmişlər və insidentin səbəbkarları Səbayil rayon Baş polis bölməsində saxlanılır.
Zərərçəkmişlərin vəkili olan İsaxan Aşurovun isə polis bölməsinə daxil olmasına icazə verilmir. Bölmədən bunun səbəbini gah istintaqın getməsi ilə, gah da zərəçəkmişlərin vəkil istəməməsi ilə izah edirlər.
Polis idarəsinin qarşısına media nümayəndələri, hüquq mudafiəçıləri, hadisənin şahidləri və gənclər təşkilatlarının aktivləri toplaşıb. Gecə saat 23-00 radələrində isə polislə bölmənin qarşısına toplaşanlar arasında insident yaranıb. 5-6 nəfər polis
işçisi bölmənin qarşısına toplaşan gənclərə, xüsusən də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya qarşı fiziki təzyiq göstəriblər. // T.İsmayılov, QayNar

Saat: 20-24

GƏNCLƏRİ VƏHŞİSƏNƏ DÖYDÜLƏR!!!

Emin Milli və Adnan Hacızadə mülki geyimli şəxslərin hücumuna məruz qalıb

Vəziyyəti ağır olan Emin Milli "Semoşko"ya həkim nəzarətinə göndərilib

QayNar: İyulun 8-də günün ikinci yarısında Azərbaycan gənclər sektorunun aparıcı isimlərindən olan Emin Milli və Adnan Hacızadə mülki geyimli şəxslərin hücumuna məruz qalıblar.
Qaynar.info-ya daxil olan məlumata görə, şəhərin mərkəzindəki kafelərin birində dostlarıyla birlikdə oturan gənclərə idmançı görkəmində olan iki mülki geyimli şəxs yaxınlaşaraq, onlara hakimiyyəti niyə tənqid etdiklərini irad bildirərək, gənclərə hücum ediblər. Nəticədə "Alumni Network" Gənclər Şəbəskəsinin və ANTV-nin yaradıcılarından biri Emin Milli, o cümlədən "Ol" Gənclər Hərəkatının təsisçilərindən biri Adnan Hacızadə ciddi xəsarət alıblar. Olay yerinə gələn polislər insidentin iştirakçılarını 9-cu bölməyə aparıblar. Qaynar.info-ya daxil olan məlumata görə, dava nəticəsində A.Hacızadənin burnu sınıb, vəziyyəti ağır olan Emin Milli isə "Semaşko" xəstəxanasına göndərilib. Aldığımız digər bir məlumata görə isə, polis hazırda insidenti araşdırır, dava salan mülki geyimli şəxslərdən izahat alır.// T.İsmayılov, QayNar




Oxunub: 2501 dəfə.     Şərhlər: 10
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax