
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
09-07-2009
Paylaş
DİN mətbuat xidməti səbəbkarların sərbəst buraxıldığını təsdiqlədi
AN Gənclər Şəbəkəsinin təsisçisi Emin Milli (Abdullayev) və OL Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadə ilə dalaşan gənclər Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlərdir. Bunu “Media forum” saytına Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib.
S.Gözəlov həmin şəxslərin adlarını da açıqlayıb: 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədov.
B.Hüseynovla V.Məmmədovun sərbəst buraxıldığını təsdiqləyən S.Gözəlov vurğulayıb: “Lazım gəlsə, onlar da saxlanılacaq. Cinayət işi Adnan Hacızadə və Emin Abdullayevə görə açılmayıb. Cinayət işi fakt üzrə başlanıb. Döyənlər də Adnan Hacızadə ilə Emin Abdullayevdir”.