Azərbaycan məktəbliləri beynəlxalq biznes yarışının finalında!
Paylaş
Təhsil naziri Azərbaycan komandasını mükafatlandırdı
QayNar: Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar.
Qaynar.info-nun verdiyi xəbərə görə, hər il Hewlett Packard şirkəti tərəfindən təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir.
Final görüşü avqustun 16-20-sı Braziliyanın San Paolo şəhərində keçiriləcək.
Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyində 10 iyuldа keçirilən mərasimdə finalçı gənclər, nazir Misir Mərdanov tərəfindən sertifikatlarla təltif olunub. Mərasimdə StatoilHydro Azərbaycan, USAİD, Chevron Xəzər və digər şirkətlərin nümayəndələri iştirak ediblər. // T.İsmayılov, QayNar
Oxunub: 342 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax