04-12-2009

«Reket» qəzetlər nəticə çıxarmayıblar

«Reket» qəzetlər nəticə çıxarmayıblar Paylaş

Rəhim Hüseynzadə: «Bunun üçün azərbaycan qanunvericiliyində dəyişikliklər edilməlidir»

QayNar: «Reket qəzetlərlə mübarizə ilə bağlı Azərbaycan qanunvericiliyində əlavə və dəyişikliklər edilməlidir». Bu barədə Qaynar.info-ya Azərbaycan Mətbuat Şurasının (MŞ) icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. Xəbər verildiyi kimi, MŞ «reket» qəzetlərə yanvar ayınadək vaxt vermişdi. Şuradan bildirilib ki, bu qəzetlər öz fəaliyyətlərinə dəyişiklik etməlidirlər. Rəhim Hüseynzadənin sözlərinə görə, bu xəbərdarlığa baxmayaraq həmin qəzetlərin fəaliyyətlərində dəyişiklik nəzərə çarpmır: «Əslində, bu qəzetlərin əksəriyyətinin mahiyyəti budur. 90 faizinin mahiyyəti bu olduğundan hər hansı yenilik yoxdur. Biz də istərdik ki, mətbuat orqanlarının arasında normal fəaliyyət göstərən nəşrlərin sayı çox olsun. Bildirmişdik ki, həmin siyahıda olan qəzetlər bir il ərzində öz fəaliyyətlərini doğruldurlarsa, siyahıdan çıxmaq istəyirlərsə, MŞ-yə yazılı şəkildə müraciət etsinlər. Müraciət əsasında da onlarda monitorinq aparılır. Yoxlanılır ki, onlar etik prinsiplərə nə dərəcədə əməl edirlər. Ümumiyyətlə, baxırıq ki, bu qəzet haqqında şikayət var, yoxsa yox. Bu prinsiplərə əməl olunanda gələn ilin əvvəllərində bu məsələ ilə bağlı müəyyən müzakirələr aparıla bilər».

R.Hüseynzadə həmin nəşrlərin bağlanması ilə bağlı qərarın verilməsinə də münasibət bildirdi: «Fəaliyyətə xitam verilməsi ümumiyyətlə məhkəmənin işidir. Cərimələr, sanksiyalar bilavasitə məhkəmənin səlahiyyətindədir. Gələcəkdə media ilə bağlı qanunvericilikdə dəyişikliklər və əlavələr olsa, nə isə əldə etmək orlar. Bu kimi nəşrlərin media sıralarında qalması günahdır».

Qeyd edək ki, sonuncu dəfə  «reket»çiliklə məşğul olan 71 mətbuat orqannın adı açıqlanıb.//QayNar




Oxunub: 108 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax