19-01-2010

İranda növbəti müəmmalı qətl

İranda növbəti müəmmalı qətl Paylaş

Xoy şəhərinin prokuroru öldürülüb

QayNar: İranda daha bir müəmmalı qətl hadisəsi baş verib. Qaynar.info yerli mətbuata istinadən xəbər verir ki, Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadə qətlə yetrilib. Hadisənin təfərüatı barədə məlumat verilmir. Bəzi məlumatlara görə Vəli Hacı Quluzadə böyük nüfuza malik şəxs olub və onun öldürülməsi ilə bəzi qüvvələr aranı qatmaq istəyiblər. "İrna" agentliyi isə təhlükəsizlik qüvvələrinin cinayətkarın axtarışı və hadisə ilə bağlı ciddi araşdırmalar aparıldığı barədə məlumat yayıb. Bu son bir həftə ərzində İranda böyük səs-küyə səbəb olan sayca ikinci hadisədir. Ötən həftənin çərşənbə günü isə Tehranda nüvə fizikası üzrə görkəmli alim Məsud Əli Məzəmmədi qətlə yetrilmişdi. İran hakimiyyəti isə baş verən hadisəyə görə ABŞ və Böyük Britaniya təhlükəsizlik qüvvələrini günahlandırır.//QayNar




Oxunub: 81 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax