25-01-2010
Paylaş
İslam respublikası saflaşdırmanı 20 faizlik həddə çatdırıb
QayNar: İran Qərb üçün yeni nüvə süprizi hazırlayır. Qaynar.info xəbər verir ki, prezident Mahmud Əhmədinejat yaxın zamanda uranın saflaşdırılma faizi ilə bağlı vacib xəbərin elan olunacağını bildirib. İran prezidentinin sözlərinə görə, yeniliklər barədə fevralın 11 - i - İslam inqilabının ildönümü ərəfəsində məlumat veriləcək. Qeyd edək ki, son dövrədək İran nüvə texnologiyası sahəsində uranı yalnız 3.5 faizədək saflaşdıra bilirdi. Saflaşdırmanın 20 faizlik həddə çatdırılması isə tibbi reaktor üçün rəsmi Tehranın arzuladığı səviyyədir. Bu saflaşdırma faizi nüvə bombasının hazırlanması üçün yetərli deyil. Nüvə silahı üçün uran 80-90 faizədək saflaşdırılmalıdır.
Rəsmi Tehranın nüvə fəaliyyətini davam etdirməsi Qərbin İrana qarşı yeni sanksiyalarının reallığını bir qədər də artırır. İran tərəfi isə sanksiyadan daha az itki ilə çıxmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. İqtisadi layihələr barədə ölkə paralmentində çıxış edən əhmədinicat 2010-11-ci illər üçün büdcənin neft gəlirlərindən asılılığının azaldılacağını bəyan edib. Məhz bu cür addımlarla tehran özünü qərbin sanksiyalarından qorunmağa çalışır. Çıxışı zamanı Mahmud Əhmədinicat 5 illik plan çərçivəsində İran iqtisadiyyatının 8 faiz inkişaf etdiriləcəyini bildirib. //QayNar