02-02-2010

«Facebook»da daha bir fırıldaq

«Facebook»da daha bir fırıldaq Paylaş

QayNar: İrlandiyada 2 uşaq anası 37 yaşlı Dina Leone “Facebook” internet səhifəsi üzərindən “ianə” kampaniyası aparıb, lakin tezliklə bütün təfərrüat ortaya çıxıb. Qaynar.info xəbər verir ki, illərdir görüşmədiyi bütün keçmiş məktəb və ali məktəb yoldaşlarını tapan qadın xərçəng xəstəsi olduğunu deyərək, onlardan maddi yardım istəyib. Bu barədə onların hər birinə mesaj göndərən Leone “The Bucket List” filmindən faydalanaraq özü üçün ölüm siyahısı hazırlayaraq yoldaşlarına yollayıb. Sonra qadın daha da inandırıcı olması məqsədilə saçlarını kəsərək keçəl başlı şəklini saytdakı profilinə yerləşdirib.
Bütün bunlardan t
əsirlənən keçmiş yoldaşları onun maddi problemini həll etməyə başlayıblar. Onlardan biri ABŞ-ın Florida ştatındakı “Disneylənd”ə gedə bilməsi üçün bütün xərcləri Leonenin bank hesabına köçürüb. Başqa bir yoldaşı “xəstə qadının qızına saysız hədiyyələr göndərib. Digərləri isə ümumi müalicə prosesi üçün yardım kampaniyası həyata keçirərək, xeyli maliyyə vəsaiti toplayıblar.
Amma saxta plan 6 ay sonra qadının ağlına g
əlməyən səbəb üzündən ortaya çıxıb. Belə ki, onun özünü xərçəng xəstəsi kimi göstərmək üçün saçlarını kəsdirməsi Viki Squires adlı yoldaşının diqqətini çəkib. Saç tökülmə prosesinin müalicə zamanı başladığını bilən yoldaşı belə tezliklə keçəl qalan Leonedən şübhələnərək polisə müraciət edib. Araşdırmalar nəticəsində fırıldaqçı qadının əslində tam sağlam olduğu və saxta “xəstəlik” adı ilə yoldaşlarından on minlərlə funt sterlinq pul topladığı ortaya çıxıb.//QayNar




Oxunub: 507 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax